Türkiyə yığmasının Azərbaycan əsilli atleti Ramil Quliyev Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
NOCOMMENT.az xəbər verir ki, 32 yaşlı idmançı 4X100 metr məsafəyə estafet qaçışında fərqlənib.
Quliyevin komandası bu məsafəni 38,74 saniyəyə qaçaraq, İslamiada rekordu qırıb.
Təcrübəli atlet qalib olduqdan sonra media önünə Türkiyə və Azərbaycan bayraqları ilə çıxıb.













