Rusiya Ermənistana nota verdi

Rusiya Ermənistana nota verdi

Rusiyanın Ermənistandakı səfirliyi ölkənin Xarici İşlər Nazirliyinə nota göndərib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, buna səbəb “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışla bağlı yerli KİV-də Rusiyanın ittiham olunmasıdır.

“Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar gözləyirik”, – deyə bəyanatda bildirilib.

Səfirlik xatırladıb ki, Rusiya-Ermənistan Humanitar Cavab Mərkəzinin təmsil etdiyi Rusiya tərəfi ilk dəqiqələrdən faciənin nəticələrinin aradan qaldırılması işlərinə cəlb olunub.