Rusiya Qvardiyasının yüksəkrütbəli zabitləri vəzifədən sui-istifadədə günahlandırılaraq həbs ediliblər.
NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu barədə lenta.ru xəbər yayıb.
Bildirilib ki, zabitlərə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 285-ci maddəsi (“Dövlət vəzifəsini icra edən şəxs tərəfindən ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə”) ilə ittiham irəli sürülüb.











