Rusiyadan ən çox pul köçürülməsi Azərbaycana edilib

Rusiyadan ən çox pul köçürülməsi Azərbaycana edilib

2021-ci ilin I rübündə Rusiyadan ən çox beynəlxalq pul köçürmələri Azərbaycana edilib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Ruskiy Standart” bankı yayıb. Məlumata görə, Azərbaycana hər köçürülmə üçün orta qəbz 11,56 min rubl təşkil edib.

Sonrakı pillələrdə Belarus, Qazaxıstan, İspaniya və Moldova qərarlaşıb.