Rusiyadan Lənkərana istirahətə gedən şəxs öldü

Rusiyadan Lənkərana istirahətə gedən şəxs öldü

Rusiyadan istirahətə gələn azərbaycanlı ölüb. Hadisə Lənkəranda, Xəzər dənizi sahilindəki istirahət məkanında baş verib.

Belə ki, Rusiyada yaşayan, 1964-cü il təvəllüdlü Namik Hüseynov dostları ilə dəniz kənarında yeyib içiblər. Bir müddət sonra o, özünü pis hiss edib və huşunu itirib. Yoldaşları onu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Tibbi-profilaktik tədbirlərə baxmayaraq, N.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb.

Meyit müayinə olunmaq üçün morqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.