Rusiyanın Kazan şəhərində məktəbdə baş vermiş atışmada ölənlərin sayı artıb

Rusiyanın Kazan şəhərində məktəbdə baş vermiş atışmada ölənlərin sayı artıb

Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərindəki 175 nömrəli məktəbdə baş vermiş atışmada ölənlərin sayı 11 nəfərə çatıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, hadisə zamanı 3-cü mərtəbədən atlanan daha 2 şagird xəsarət alıb.

Daha əvvəl atışmada 9 nəfərin öldüyü bildirilirdi. Qeyd edilirdi ki, ölənlərdən çoxu şagirdlərdir.

Hadisə zamanı 21 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Məlumata görə, insidenti törədənin saxlanıldığı bildirilir.