Azərbaycan hərbçilərinə hücum təşkil edən erməni silahlıları qaldıqları vaqonları tərk etmək məcburiyyətində qalıblar.
NOCOMMENT.az -ın Teleqram kanallarına istinadən verdiyi məlumata görə, erməni hərbçilər yalnız silahlarını götürərək qaldıqları vaqonu boşaldıblar.
4-5 Azərbaycan hərbçisinin üstünə 50-60 nəfərlə hücum edən ermənilər indi yaşadıqları vaqonları “quzu” kimi boşaltmalı olublar.
Onu da qeyd edək ki, 44 günlük Vətən müharibəsində xeyli sayda canlı qüvvə itirən erməni ordusunda əsgər çatışmazlığı açıq-aşkar hiss olunur. Əsgərlərin böyük hissəsinin qoca və ahıllardan ibarət olması bunu deməyə əsas verir.
Həmin görüntüləri təqdim edirik.
Konkret.az











