Hazırda rus sülhməramlılarının nəzarətində olan Qarabağın bir sıra yollarında nəqliyyatın hərəkəti bağlanıb. O cümlədən, Laçın dəhlizi ilə Xankəndiyə gedən yolda da heç bir avtomobil hərəkət edə bilmir.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, saat 09:30-dan etibarən qar fırtınası ilə əlaqədar Saravan-Zəngər avtomobil yolu müvəqqəti bağlanıb, təmizləmə işləri aparılır.
Qorus-Sisyan-Vayk avtomobil yolunda yük maşınlarının hərəkəti qadağan edilib.












