Xəbər verdiyimiz kimi, Tehranda 22 yaşlı Məhsə Əmini polislər tərəfindən öldürülüb. Sosial şəbəkədə Xameneinin əlaltılarının vəhşiliyi qeydə alınıb.
NOCOMMENT bizim.media-ya istinadən həmin görüntüləri sizə təqdim edir.
“IranWire” adlı xəbər saytı Məhsə Əmininin həbsdə olan bacısı Kiaraşın ifadələrini dərc edib. Kiaraşın sözlərinə görə, bacısı ilə magistral yolun kənarında olarkən əxlaq polisinin maşını onların yanında dayanaraq Məhsəni saxlayıb. Ona bildiriblər ki, bacısı “birsaatlıq maarifləndirilmə”dən sonra buraxılacaq.
Məhsə Əmininin ailəsi qızlarının sağlam olduğunu və onun qəfil ürək probleminə səbəb ola biləcək heç bir xəstəliyinin olmadığını bildirib.
Qeyd edək ki, İranda bir neçə aydır ki, hicaba qarşı etirazlar keçirilir. Fəallar hicab taxmaqdan imtina edərək, ölkədə məcburi hicab tələbinin ləğvini tələb edirlər.












