Türkiyədə güclü zəlzələ baş verdi

Türkiyədə güclü zəlzələ baş verdi

Türkiyənin Aydın vilayətinin Quşadası rayonunda 3,8 bal gücündə zəlzələ baş verib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Zəlzələ yerin 11,35 km dərinliyində meydana gəlib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Uzun müddət davam edən zəlzələ vətəndaşlar arasında təşviş yaradıb.