Türkiyədə meşə yanğınlarının söndürülməsi ilə məşğul olan 2 nəfərin cəsədi aşkarlanıb.
NOCOMMENT.az Türkiyə mediasına istinadən xəbər verir ki, cəsədlər Antalya vilayətinin Manavqat rayonunda tapılıb.
Bununla da təbii fəlakətin səbəb olduğu ölüm sayı 6-ya çatıb.
Qeyd edək ki, daha əvvəl 4 nəfərin öldüyü, 183 nəfərin xəsarət aldığı bildirilirdi.
Xəsarət almış daha 2 nəfər isə xəstəxanaya yerləşdirilib.












