Ukrayna ordusu Rusiyaya məxsus iri desant gəmisini məhv edib – VİDEO

Ukrayna ordusu Rusiyaya məxsus iri desant gəmisini məhv edib – VİDEO

Rusiya Ordusunun ələ keçirdiyi Berdyansk limanında RF Qara dəniz donanmasının “Orsk” iri desant gəmisi məhv edilib. Yanğın digər gəmilərə, yanacaq bazasına və sursatlara da keçib.

NOCOMMENT xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Sosial şəbəkələrdə bir gəminin batdığı, daha iki gəminin yandığı, onlarla birlikdə sursat anbarı və yanacaq çənlərinin də məhv edildiyi yazılıb.

“Daha iki gəmi zədələnib, 3 min tonluq yanacaq çəni məhv edilib. Yanğın düşmənin sursat anbarına da keçib”, – deyə məlumatda bildirilib.