Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub

Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub

Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı çavuşu Orucov Rəşad Əliqulu oğlu Donetsk vilayəti istiqamətində həlak olub.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü azərbaycanlı hərbçi Ukraynanın Xmelnitsk vilayətində doğulub böyüyüb.

O, 2014-cü ildən etibarən Ukrayna ordusunda müddətdən artıq çavuş kimi xidmət edirdi.

R.Orucov böyüdüyü vilayətdə dəfn olunub.