Ukraynada azərbaycanlı döyüşçü həlak olub

Ukraynada azərbaycanlı döyüşçü həlak olub

Ukraynada döyüşlərdə azərbaycanlı döyüşçü həlak olub.

NOCOMMENT xəbər verir ki, Ukraynanın Zaparoje vilayətinin Azərbaycanlılar Konqresinin sədri Vahid Təhməzovun report-a bildirdiyinə görə, bu, əslən Zəngilan rayonundan olan, Ukraynada “Gürcü legionu”nun əsgəri Ağalarov Elşad Ağalar oğludur.

O, Donetsk vilayəti istiqamətində həlak olub.

V.Təhməzov bildirib ki, hazırda konqres onun cənazəsinin Azərbaycana göndərilməsi məsələləri ilə məşğuldur.