“Rusiyanın müstəqil Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri Rusiya hərbçiləri Ukraynada 198 uşağı qətlə yetirib“.
NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu məlumatı Ukrayna Baş Prokurorluğu yayıb.
“Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində Ukraynada 553-dən çox uşaq zərər çəkib. Eyni zamanda, 198 uşaq ölüb, 355-dən çox uşaq yaralanıb”, – deyə məlumatda bildirilib.
Baş Prokurorluq vurğulayıb ki, bu rəqəmlər yekun xarakter daşımır, çünki müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə, aktiv döyüş əməliyyatları aparılan yerlərdə axtarış və xilasetmə işləri davam etdirilir.
Qeyd olunur ki, Rusiya Federasiyasının silahlı qüvvələri tərəfindən Ukraynanın şəhər və kəndlərinin kütləvi şəkildə bombalanması və atəşə tutulması nəticəsində 1018 təhsil müəssisəsi zərər görüb, onlardan 95-i tamamilə məhv edilib.












