Azərbaycanın Ukraynadakı keçmiş səfiri, diplomat Azər Xudiyevə Ukraynada vəzifə verilib. Keçmiş səfir Ukrayna Maliyyə naziri Sergey Marçenkonun müşaviri təyin edilib.
NOCOMMENT.az xəbər verir ki, Modern.az xəbəri dəqiqləşdirmək üçün Azər Xudiyevlə əlaqə saxlayıb. O saytımıza açıqlamasında xəbəri təsdiqləyib:
“Ukraynada bir neçə müddətdir ki, müəllimlik edirdim. Keçən həftə maliyyə nazirliyindən belə bir təklif aldım. Mənə edilən təklifi qəbul etdim. Eyni zamanda, universitetdə də fəaliyyətimi davam etdirəcəm”












