Azərbaycanın işğal altında olan Xankəndi şəhərinin sakini, 1990-cı il təvəllüdlü gənc intihar edib.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, onun meyiti mənzildə asılmış vəziyyətdə aşkarlanıb.
Qondarma ölkənin istintaq komitəsinin mətbuat xidməti bildirib ki, aprelin 26-da saat 13 radələrində Vazgen Sarkisyan küçəsindəki evlərdən birində gəncin cəsədi asılmış vəziyyətdə tapılıb.
İstintaq Komitəsinin ərazi idarəsinin əməliyyat qrupu hadisə yerinə gəlib. Hüquq-mühafizə orqanları hadisənin şərtlərini aydınlaşdırmaq üçün təcili istintaq hərəkətləri aparırlar.
Hadisənin səbəbi hələlik məlum deyil.











