Ərdoğan hökuməti toplayır: 4 mühüm məsələ…

Ərdoğan hökuməti toplayır: 4 mühüm məsələ…

Bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə hökumətin növbəti iclası keçiriləcək.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, iclasda 4 məsələnin müzakirə ediləcəyi planlaşdırılır.

Əsas mövzulardan biri Rusiya-Ukrayna müharibəsi olacaq. Müharibə ilə bağlı hərtərəfli fikir mübadiləsinin aparılacağı bildirilir.

Eyni zamanda, 1 milyon suriyalı üçün hazırlanan geri qaytarma layihəsinin qiymətləndiriləcəyi və layihənin təqviminin detallarının müzakirə ediləcəyi vurğulanır.

Bundan başqa, ölkə iqtisadiyyatındakı son proseslər və Türkiyə ordusunun keçirdiyi əməliyyatlar da müzakirə mövzusu olacaq.