Erməni politoloq həddi aşdı: İsraili də biz yaratmışıq!

Erməni politoloq həddi aşdı: İsraili də biz yaratmışıq!

Hazırda Ermənistanın bir vaxtlar İsrailin bugünkü dövlətə çevrilməsinə köməyə getmiş ağıllı insanlara ehtiyacı var.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu erməni siyasi şərhçi Tevos Arşakyan deyib.

“Vaxtilə İsrailin bugünkü dövlətə çevrilməsinə kömək etmiş yüz minlərlə savadlı insanı geri qaytarmaq Ermənistan üçün vacibdir. Biz çox vaxt ölkəmizi İsraillə müqayisə etməyi xoşlayırıq. Eyni zamanda acı bir şəkildə təəssüflənirik ki, hər iki dövlətin tarixi inkişaf yolunda çoxlu ümumi cəhətlər olmasına baxmayaraq, Ermənistan heç vaxt Qafqaz İsraili olmayıb”, – deyə Arşakyan vurğulayıb.

O, cəfəng bir şəkildə iddia edib ki, məhz ermənilərin sayəsində İsrail adlı dövlət yaranıb.