İran Türkiyənin bənd planlarına qarşı çıxıb

İran Türkiyənin bənd planlarına qarşı çıxıb

Türkiyənin sərhəd bölgələrindəki su ehtiyatları üzərində bənd inşası planlarına qarşıyıq.

Dost və qardaş ölkəmiz Türkiyənin bənd inşaatı sahəsində regionun ətraf mühiti şəraitini pisləşdirəcək, xalqımız və bölgəmiz üçün problem yaradacaq, digər tərəfdən ölkəmizə daxil olan suyun miqdarına mənfi təsir göstərəcək tədbirləri görməsi qəbuledilməzdir.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

“Tehranla Ankara arasında su əməkdaşlığına dair razılaşma olmamasına baxmayaraq, son dörd ayda məsləhətləşmələr aparılıb. Bu istiqamətdə birgə su komitəsinin qurulması planlaşdırılır”, – deyə Abdullahiyan bildirib.