Putin: Gecikmədən yekun sülh müqaviləsi bağlamaq lazımdır

Putin: Gecikmədən yekun sülh müqaviləsi bağlamaq lazımdır

“Gecikmədən sərhədləri müəyyənləşdirmək, yekun sülh müqaviləsi bağlamaq lazımdır”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə deyib.

Onun sözlərinə görə, dövlətlər bir-birilərinin ərazi bütövlüyünü, suverenliyini tanımalıdır: “Bu, inkişaf üçün vacibdir. Son bir ildə Qarabağdakı vəziyyətin həlli üçün çox iş görülüb. Amma əfsuslar olsun ki, bütün məsələlər hələ həllini tapmayıb”.