Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qazaxıstanın dövlət başçısı Qasım-Jomart Tokayev arasında görüş keçirilir.
NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, görüşdən əvvəl Bəştəpədə yerləşən Prezident iqamətgahında Qazaxıstan liderinin rəsmi qarşılanma mərasimi olub.
Türkiyə Prezidenti qazaxıstanlı həmkarını qarşılayıb.
Daha sonra R.T.Ərdoğanla Qasım-Jomart Tokayev arasında görüş başlayıb. Dövlət başçıları ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edirlər.
Təkbətək danışıqlardan sonra nümayəndə heyətləri arasında görüş olacaq.












