XİN-dən Kəlbəcərdəki mina partlayışı barədə AÇIQLAMA

XİN-dən Kəlbəcərdəki mina partlayışı barədə AÇIQLAMA

“Bu gün Kəlbəcərdə Ermənistanın yerləşdirdiyi minanın partlaması nəticəsində 4 mülki işçi ağır xəsarət alıb”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında qeyd edilib.

“Bundan başqa, 1 gizir həlak olub, 3 əsgər yaralanıb. 2020-ci il müharibəsi başa çatdıqdan sonra mina qurbanlarının sayı 278-ə çatıb. Ermənistanın cəzasız qalması yeni cinayətlərə yol açır!”.