Bakıda PKK simvolu yapışdırılmış maşınlar peyda olublar – FOTO

Bakıda PKK simvolu yapışdırılmış maşınlar peyda olublar – FOTO

Jurnalist Aygün Muradxanlı sosail media hesabında hər kəsin marağına səbəb olan paylaşım edib. O, paylaşımında bildirir ki, Bakıda son 1 həftə ərzində 3 dəfə PKK-nın simvolu yapışdırılmış avtomobillə rastlaşıb.

“Orta sinif köhnə maşınlar idi. Biri Badamdarda, biri Cavid prospektində, digəri isə Bayılda rastıma çıxıb. Əgər küçədə gün boyu heç yarım saat olmayan mən, 3 dəfə görmüşəmsə, demək ki, çoxdurlar. Nə məsələdir? DYP bu simvolu tanımalıdır axı”, – deyə jurnalist bildirib.

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun bizimyol.info-ya açıqlama verən zaman bildirib ki, bununla bağlı heç bir informasiya daxil olmayıb: “Nəqliyyat vasitəsinin üzərində PKK-ya məxsus olan simvol vurulubsa, yəqin ki, aidiyyəti üzrə araşdırma aparılacaq.

Mən bir vətəndaş, sürücü, yol polisi olaraq hesab edirəm ki, belə hallara yol vermək olmaz”.