Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanova hökm oxunub və o, 11 il müddətinə azadlıqdan məhrum edilib.
NOCOMMENTxəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Hökmə əsasən, Z.Sultanovun bankda olan 600 min manat nağd pulu, müxtəlif sikkələr, dəyərli əşyaları müsadirə edilib.
Mədəniyyət Nazirliyinin mülki iddiası təmin olunub.
Xatırladaq ki, prokuror çıxışında Z.Sultanovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.












