BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin şəriki və dostu Oqtay Abuzərovun Dövlət Gömrük Komitəsində işləyən 20 yaşlı oğlu Xalid Oqtay oğlu Abuzərli dəbdəbəli həyatı ilə gündəmə gəlib.
NOCOMMENT 32gun.az-a istinadən xəbər verir ki, DGK-nin 20 yaşlı əməkdaşı özünün təmtəraqlı həyat tərzini də sosial şəbəkələrdə nümayiş etdirir. Dünyanın müxtəlif ölkələrindən rəngarəng fotolar paylaşan X.Abuzərlinin bahalı avtomobil kolleksiyası da göz oxşayır.
X.Abuzərli müxətlif markalı bahalı maşınlarının üzərində “90 LJ 900” dövlət nömrə nişanından istifadə edir. X.Abuzərliyə məxsus olan son model “Mercedes”, “Audi”, “Toyota” markalı maşınların hamısının üzərinə 90 LJ 900 dövlət nömrə nişanı vurulub. Bütün bunlar isə qanuna ziddir.
Onu da bildirək ki, X.Abuzərli Londonda təhsil alıb.
Qeyd edək ki, mətbuatda gedən məlumatlara görə,BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin ölkənin dörd bir yanını əhatə edən biznes imperiyasının böyük bir hissəsini Oqtay Abuzərov adlı şəxs idarə edir. Əslən Salyan rayonundan olan Oqtay Abuzərov vaxtilə ən radikal cəbhəçilərdən biri olub.



















