Həbsdə olan sabiq icra başçısı ilə bağlı QƏRAR VERİLDİ

Həbsdə olan sabiq icra başçısı ilə bağlı QƏRAR VERİLDİ

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətə uzadılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində qərar qəbul olunub.

Xatırladaq ki, 2025-ci ilin oktyabr ayında Balakən Rayon İcra Hakimiyyətində DTX-nin keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İslam Rzayev saxlanılıb.

O, Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri ilə ittiham olunur.