Son üç gündə azad edilən ərazilərdən nə qədər mina tapıldı?

Son üç gündə azad edilən ərazilərdən nə qədər mina tapıldı?

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

Agentlikdən NOCOMMENT-ə verilən məlumata görə, yanvarın 5-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı 6 piyada əleyhinə6 tank əleyhinə mina, 68 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 57,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.