Tanınmış yazıçı AYB üzvlüyündən imtina etdi

Tanınmış yazıçı AYB üzvlüyündən imtina etdi

Yazıçı Zahid Sarıtorpaq Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlüyündən imtina edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabındakı açıqlamasında bildirib:

“Son qərarımı verdim: AYB üzvlüyündən imtina edirəm. 37 ildir bu qurumun üzvü idim. Getməyim heç də üzvlük haqqı ödəməklə bağlı deyil, o cüzi məbləğdir, lazım bilsəydim, ödəyərdim. Səbəblər var, sadəcə, açıb-ağartmıram. Nə isə…

Fikrimi ilk dəfə buradan bildirirəm: Xoşca qalın, getdim…”

Xatırladaq ki, AYB tərəfindən üzvlük haqqını ödəməyən şəxslərin siyahısının dərc olunacağının bildirilməsi günlərdir müzakirələrə səbəb olub. /Oxu.Az/