Vidadi Muradovun cinayət işinə xitam verilib

Vidadi Muradovun cinayət işinə xitam verilib

Bu gün “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradova hökm oxunub və cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

NOCOMMENT-in məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Hökmə əsasən, V. Muradov barəsində irəli sürlümüş maddələrlə təqsirli bilinib.

Hökmdə qeyd olunub ki, cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti tərəfindən qaldırılmış 640 min 922 manat məbləğində mülki iddia təmin olunub, həmin məbləğ dövlət büdcəsinə köçürülməlidir.

Xatırladaq ki, V.Muradov 2021-ci il noyabrın 4-də gecə saatlarında onkoloji xəstəlikdən dünyasını dəyişib.

Rəsmi məlumata görə, Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdı.