WSJ: Baltikyanı ölkələr Rusiya ilə NATO arasında maraqların toqquşma nöqtəsinə çevrilir

WSJ: Baltikyanı ölkələr Rusiya ilə NATO arasında maraqların toqquşma nöqtəsinə çevrilir

Baltikyanı ölkələr Rusiya və NATO-nun maraqlarının toqquşduğu yeni “qaynar nöqtəyə” çevrilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşr Ukraynada münaqişə başlayandan sonra Baltik dənizində Rusiya gəmilərinin guya NATO gəmilərinə xəbərdarlıq atəşi açdığını bildirən Qərb rəsmilərinə istinad edir.

Bundan əlavə, nəşr qeyd edir ki, rus qırıcıları “təhlükəli manevrlər” həyata keçirib.

Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirmişdi ki, Qərb Rusiyaya qarşı mübarizəni davam etdirməyi və Baltikyanı ölkələr və Almaniyanı cəlb etməyi gözləyir.