Zəfər günü atəşfəşanlıq olacaq

Zəfər günü atəşfəşanlıq olacaq

Dənizkənarı Milli Parkda Zəfər Günü münasibəti ilə konsert olacaq.

NOCOMMENT.az xəbər verir ki, noyabrın 8-də saat 20:00-da Dənizkənarı Milli Parkda Saat qulləsinin yanında bayram konserti baş tutacaq. Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları – müğənnilər, rəqs kollektivləri çıxış edəcək.

Konsertin sonunda atəşfəşanlıq olacaq.