Bakıda itkin düşən kişinin meyiti körpünün altından tapıldı

Bakıda itkin düşən kişinin meyiti körpünün altından tapıldı

Bakıda körpünün altından kişi meyiti tapılıb.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsində baş verib.

Burada körpünün altından 65 yaşlı Malik Qürbət oğlu Məlikovun meyiti aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Araşdırma zamanı mərhumun fevralın 11-də itkin düşdüyü məlum olub.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.\\Lent.az