Nazirliyin 8,7 milyonluq tenderini bu şirkət uddu

Nazirliyin 8,7 milyonluq tenderini bu şirkət uddu

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “RRM Təmir-Tikinti” MMC (VÖEN 1306582521) olub.

NOCOMMENT.az yeniavaz.com-a istinadən xəbər verir ki, “RRM Təmir-Tikinti” MMC Elm və Təhsil Nazirliyinin sifarişi ilə bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizatı üçün avadanlıqların alınıb-quraşdırılması işlərini həyata keçirəcək.

Nazirlik bu işə görə “RRM Təmir-Tikinti” MMC-yə 8 milyon 690 min 754 manat 28 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, “RRM Təmir-Tikinti” MMC 28 fevral 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov, ev.2B, m.61-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hümmətov Elnur Zahid oğludur.