Yaxın Şərqdə gözlənilən böyük müharibə ssenarisi reallaşır. İranın İsrail ərazisə endirdiyi ballistik raket zərbələrindən və qarşılıqlı hədə-qorxulardan sonra İsrail ordusu İslam Respublikasının daxilinə kütləvi cavab zərbələri endirib.
NOCOMMENT.az xəbər verir ki, İran rəsmi dairələri İsrail hərbi hava qüvvələrinin ölkənin strateji şəhərlərini hədəf aldığını bəyan edib.
Məlumata görə, İsrail ordusu paytaxt Tehran başda olmaqla, İsfahan və Kərəc (Karaj) şəhərlərindəki hərbi obyektlərə kütləvi aviazərbələr endirib.
Paytaxt və ətraf rayonlarda güclü partlayış səsləri eşidilib.
Eyni zamanda, İsrail Müdafiə Ordusu (SAXAL) həyata keçirilən bu genişmiqyaslı hərbi əməliyyatla bağlı rəsmi bəyanat yayıb. Tel-Əviv rəhbərliyi zərbələrin dəqiq hədəflərə yönəldiyini bildirərək, İran daxilində məhz İsrailə qarşı istifadə olunan ballistik raketlərin buraxılış məntəqələrinin və hərbi poliqonlarının vurulduğunu elan edib.
Bölgədə vəziyyət son dərəcə kritikdir və İranın bu hücuma verəcəyi mümkün cavab addımları qlobal müstəvidə narahatlığı artırır. Detallar daxil olduqca təqdim ediləcək.
Əli Səfərli,











