İran od içində: Paytaxt və strateji şəhərlər bombalanır

İran od içində: Paytaxt və strateji şəhərlər bombalanır

İranın bir çox iri şəhərlərində, o cümlədən Tehran, İsfahan və Əhvazda gecə saatlarında güclü partlayışlar qeydə alınıb. Bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

NOCOMMENT.az xəbər verir ki, “Al Hadath” telekanalının yaydığı məlumata görə, paytaxt Tehranın bir neçə rayonunda ard-arda partlayış səsləri eşidilib. Hava zərbələrinin əsasən İran Müdafiə Nazirliyinin binalarının yerləşdiyi ərazilərə endirildiyi bildirilir.

Bundan başqa, Tehranın şərqində yerləşən Pardis şəhərində hərbi helikopterlər istehsal edən zavodun da hədəf alındığı və ciddi zərər gördüyü qeyd olunur. Partlayışlar həmçinin Xürrəmabad, Urmiya, Kərəc və digər strateji bölgələrdə də müşahidə edilib. Rəsmi Tehran hələlik itkilər və dağıntıların miqyası barədə geniş açıqlama verməyib.

Sara,
NOCOMMENT.az