Merz: İranda rejim tezliklə devriləcək

Merz: İranda rejim tezliklə devriləcək

Almaniya kansleri Fridrix Merz İranda rejimin tezliklə devriləcəyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, BILD nəşri onun sözlərini sitat gətirib.

“Əgər rejim yalnız zorakılıqla hakimiyyətini qoruyursa, deməli onun mövcudluğu faktiki olaraq sona yaxınlaşır. Görünür, biz bu rejimin son günlərini və həftələrini izləyirik”, — Merz Hindistanın Banqalor şəhərinə səfəri zamanı deyib.

O, İranda sülhsevər nümayişlərin dağıdılmasını “dispropor­sional” və “zülmkar” adlandıraraq, ölkə rəhbərliyini vətəndaşları qorumağa, onlardan qorxutmağa yox, çağırıb. Kansler həmçinin azadlıq tələb edən iranlıların cəsarətini vurğulayıb.

Aliyə