Polşanın paytaxtı Varşavadakı Şopen adına Beynəlxalq Hava Limanı 5 dekabr, cümə gününə keçən gecə iki yarım saatlıq müddətə fəaliyyətini dayandıracaq.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə hava limanının dispetçer xidməti məlumat yayıb.
“Müxtəlif tipli bütün təyyarələrin uçuş və enişi üçün hava limanı yerli vaxtla 00:30-dan 03:00-a qədər bağlı olacaq. Bu məlumat bütün aviaşirkətlərə uçuş cədvəllərini dəqiqləşdirmələri üçün əvvəlcədən çatdırılıb”, – deyə məlumatda bildirilib.
Ölkənin əsas hava limanının bağlanma səbəbi açıqlanmayıb.
Dispetçer xidməti həmçinin bildirib ki, Varşavanın digər iki hava limanı gələn həftə üçün uçuş cədvəllərində hər hansı dəyişiklik elan etməyib.












