SENSASİYA! ABŞ tarixdə ilk dəfə İranın bu tələbini qəbul etdi

SENSASİYA! ABŞ tarixdə ilk dəfə İranın bu tələbini qəbul etdi

İslamabad Memorandumu çərçivəsində ABŞ və İran arasında hərbi münaqişəni dayandıracaq yekun sülh sazişi ətrafında danışıqlar tarixi və həlledici mərhələyə qədəm qoyub. İranın xarici işlər naziri Seyid Abbas Araqçı pərdəarxası razılaşmanın ən mühüm siyasi və regional bəndlərini rəsmən açıqlayıb.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, baş diplomat ABŞ ilə rəsmi sənəd üzərində tamamilə bərabərhüquqlu prinsiplərin əsas götürüldüyünü bəyan edib. Nazirin sözlərinə görə, müvafiq memoranduma əsasən, ABŞ və İran qarşılıqlı şəkildə bir-birlərinin suverenliyinə hörmət etmək və daxili işlərinə qarışmamaq öhdəliyi götürürlər və bu proses tamamilə bərabər, paritet şərtlərlə tənzimlənir. Araqçı həmçinin vurğulayıb ki, bu sülh sazişinin ayrılmaz və dəyişməz tərkib hissələrindən biri də İsrailin Livana qarşı həyata keçirdiyi hərbi təcavüzünə tamamilə son qoyulmasıdır.

Bu tarixi razılaşmanın ciddi düşmənlərinin olduğunu və onların başında ilkin olaraq İsrailin dayandığını deyən xarici işlər naziri, Təl-Əvivin sazişi pozmaq və masanı devirmək üçün göstərdiyi pərdəarxası cəhdlərin detallarını daha sonra geniş şəkildə ictimaiyyətə açıqlayacağını bildirib. O, əgər indi bu təxribatların xırdalıqlarına varılarsa, bunun regionda gərginliyi yenidən alovlandıra və sənədin imzalanmasını böyük təhlükə altına ata biləcəyini diqqətə çatdırıb. Nazir ABŞ ilə əldə olunan ilkin anlaşma memorandumunun hər hansı bir şərtinin pozulmasının gələcəkdə nüvə proqramı mövzusunu da ehtiva edən böyük və yekun final sazişinin tamamilə sıradan çıxmasına və iflasına yol açacağını xüsusi qeyd edib. Seyid Abbas Araqçı sonda strateji su yollarının qorunması məqsədilə yaxın gələcəkdə İran və Omanın Hörmüz boğazının birgə idarə edilməsi və gəmiçilik təhlükəsizliyinin yeni formatı barədə birgə rəsmi bəyanat yayımlayacaqlarını da əlavə edib.

Siyasi analitiklər Araqçının bu bütöv çıxışını ABŞ Prezidenti Donald Trampın sızdırılmış şərtlər barədə tənqidi şərhlərinə rəsmi Tehrandan verilən kəsərli diplomatik cavab və imza mərasimi öncəsi masadakı strateji mövqeləri möhkəmlətmək gedişi kimi qiymətləndirirlər.

Sara
NOCOMMENT.az