Tramp müharibə bitdi deyir, İran isə... - Qalibafdan qəribə açıqlama

Tramp müharibə bitdi deyir, İran isə... - Qalibafdan qəribə açıqlama

ABŞ Prezidenti Donald Trampın və vasitəçi tərəf olan Pakistanın iki ölkə arasında tarixi sülh sazişinin mətninin tam hazır olması və bu həftəsonu Avropada imzalanacağı barədə bəyanatlarından sonra rəsmi Tehrandan gərginliyi artıracaq növbəti şərt gəlib. İran tərəfi Vaşinqtonu öhdəliklərinə sadiq qalmamaqda ittiham edib.

NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, İran İslam Şurası Məclisinin (parlamentinin) sədri Məhəmməd Baqir Qalibaf özünün rəsmi "X" sosial şəbəkə hesabında bu barədə kəskin paylaşım edib. Spiker Vaşinqtonun bəyanatlarına eyham vuraraq şərtlərin manipulyasiya edilməməsinin vacibliyini diqqətə çatdırıb:

"Heç bir 'əgər', 'amma' və bəhanə ola bilməz. Sazişin bağlanmasına doğru başqa yol yoxdur. Nə əkmisinizsə, onu da biçəcəksiniz. Verilən vədlər mütləq yerinə yetirilməlidir".

Siyasi şərhçilər Qalibafın bu bəyanatını İran daxilindəki mühafizəkar qanadın ABŞ-a qarşı dəyişməz və sərt mövqeyinin təzahürü kimi qiymətləndirirlər. İran tərəfi xüsusilə dondurulmuş aktivlərin geri qaytarılması, sanksiyaların dərhal ləğvi və dəniz blokadasının götürülməsi məsələsində Ağ Evin hər hansı bəhanə gətirməsini rədd edir. Avropada planlaşdırılan imza mərasimi ərəfəsində rəsmi Tehranın bu cür kəskin ritorika nümayiş etdirməsi, danışıqlar masasında son dəqiqə təzyiqlərini artırmaq cəhdi olaraq xarakterizə olunur.

Sara
NOCOMMENT.az