Sədərək Rayon İcra Hakimiyyətinin texnika planı ALINMADI - SƏBƏBİ...

Sədərək Rayon İcra Hakimiyyətinin texnika planı ALINMADI - SƏBƏBİ...

Sədərək Rayon İcra Hakimiyyətinin kommunal təyinatlı müxtəlif texnikaların, o cümlədən avtosəbət, ekskavator və traktorların satın alınması məqsədilə keçirdiyi tender uğursuzluqla nəticələnib.

NOCOMMENT.az xəbər verir ki, qurumun bu satınalma üçün ayırdığı ehtimal olunan qiymət 294 min 800 manat təşkil etsə də, müsabiqəyə maraq göstərən şirkətlərin sayı gözləniləndən az olub.


Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq təklif və təminat təqdim edən təchizatçıların sayı üçdən az olduğu üçün satınalma müsabiqəsi ləğv edilib.

Xatırladaq ki, Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Etibar oğlu Cahidzadədir./32gun.az/