Tramp Netanyahuya gec xəbərdarlıq etdi, Bibi narazı qaldı

Tramp Netanyahuya gec xəbərdarlıq etdi, Bibi narazı qaldı

ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşması barədə İsrail tərəfinin gec məlumatlandırılması və məsləhətləşmələrin məhdud səviyyədə aparılması rəsmi Təl-Əvivi qəzəbləndirib.

NOCOMMENT.az xəbər verir ki, Trampın Netanyahuya qərarın elan edilməsinə az qalmış zəng etdiyi bildirilir. İsrail razılaşmaya qoşulmağa razılıq versə də, Livanın bu sövdələşməyə daxil edilməsinə kəskin etiraz edib.

İsrail tərəfi bəyan edir ki, atəşkəs yalnız İrana şamil olunur və bu səbəbdən Livan ərazisində “Hizbullah” qruplaşmasına qarşı zərbələrin endirilməsi davam etdirilir.

Sara,
NOCOMMENT.az