AK Partiya Antalya millət vəkili Mövlud Çavuşoğlunun qardaşı və iş adamı Aydın Çavuşoğlunun xəstəxanaya yerləşdirilməsi xəbəri Alanyada böyük ajiotaj yaradıb.
NOCOMMENT.az xəbər verir ki, Aydın Çavuşoğlu tibbi qruplar tərəfindən ilkin müalicə aldıqdan sonra təcili əməliyyat olunub. Çavuşoğlunun sağlamlıq vəziyyəti ilə bağlı rəsmi açıqlama verilməsə də, xəstəxana ətrafındakı fəaliyyət diqqəti cəlb edib.
Belə ki, Çavuşoğlunun qohumları və çoxsaylı vətəndaşlar xəstəxanaya axın ediblər.
Gecə saatlarında xəstəxananın ətrafına böyük izdiham toplaşıb və polis qrupları ərazidə geniş təhlükəsizlik tədbirləri görüb./unikal/














