Şabranda ağır qəza – Evakuator qatarla toqquşdu, sürücü yaralandı – VİDEO – FOTO

Şabranda ağır qəza – Evakuator qatarla toqquşdu, sürücü yaralandı – VİDEO – FOTO

Şabranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az Bakupost.az-a istinadən xəbər verir ki, rayonun Uzunboyad kəndində Sarvan dəmiryol stansiyası ərazisindəki keçiddə üzərində yük avtomobilini daşıyan evakuatorla qatar toqquşub.

Nəticədə evakuatorun sürücüsü 1978-ci təvəllüdlü Zülfüqar Qafar oğlu Əzizov xəsarətlər alıb. Onun vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bakupost.az