Paris-2024: Avstraliya liderliyə yüksəlib

Paris-2024: Avstraliya liderliyə yüksəlib

Parisdə keçirilən Olimpiya Oyunlarının ilk gününün yekunlarına görə, Avstraliya komandası medal sıralamasında lider olub.

NOCOMMENT.az xəbər verir ki, bu, Oyunların saytında dərc olunmuş cədvəldən belə görünür.

Avstraliyalı idmançılar beş medal – üç qızıl və iki gümüş qazanıblar. Velosipedçi Qreys Braun və üzgüçü Ariarne Titmus fəxri kürsüdə birinci yeri tutmuş, 4×100 metr məsafəyə sərbəst üsulla estafetdə də qadınlardan ibarət üzgüçülük komandası qalib gəlmişdir. Üzgüçü Eliya Uinninqton və kişilər arasında 4×100 m məsafəyə sərbəst üsulla estafet yarışı gümüş medala layiq görülüb.

Çin yığması iki qızıl və bir bürünclə ikinci yerdədir. ABŞ komandası bir qızıl, iki gümüş və iki bürünc medalla üçüncü yerdədir. Fransa dördüncü pilləyə yüksəlib.