Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
NOCOMMENT.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Bankın məlumatına görə, Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 74,6 mln. ABŞ dolları təşkil edib və tam təmin olunub.
Qeyd edək ki, hərracda dollara tələb martın 31-nə nisbətən 21 milyon ABŞ dolları və ya təxminən 22% azalaraq 74,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.












