Azərbaycanda ən varlı müğənni kimdir?

Azərbaycanda ən varlı müğənni kimdir?

“Anamın gedişi ilə dünya yıxıldı. İki ayın içində bacım da getdi. İki il efirdən uzaq qaldım”.

NOCOMMENT.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli “Özəl” proqramında deyib. Müğənni sənətdən iki il uzaq qalmasından danışıb.

N.Ələsgərli aparıcı Kazım Sübhanın “Deyirlər, şou-biznesin ən varlı müğənnisi sizsiniz. Düzdür” sualına belə cavab verib:

“Deməzdim. Orta mövqeni tutan insanam. İnsanın zənginliyi onun ürəyində, çevrəsindədir. Heç kəs bu dünyada heç nə aparmayıb. İnsanın daxili aləmi zəngin olmaldır”.