Məktəblinin öldüyü ərazidə səhv qoyulan yol nişanı dəyişdiriləcəkbackend

Məktəblinin öldüyü ərazidə səhv qoyulan yol nişanı dəyişdiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verdiyi Xətai rayonu, Əhmədli qəsəbəsi yaxınlığındakı ərazidə yol nişanı barədə cəmiyyətdəki ciddi müzakirələr nəticə verib.

Belə ki, ötən günlərdə bu barədə hazırladığımız materiallarda da sözügedən yoldakı qadağanedici nişana baxmayaraq, avtobusların həmin yola necə daxil olması barədə ekspert rəyi almışdıq.

Əgər həmin yola marşrut avtobuslarının girişinə icazə varsa, nişanlar qoyulan zaman bu məqama niyə diqqət edilməyib?

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın suallarını Bakı Nəqliyyat Agentliyinin Yol Hərəkətinin Təşkili şöbəsinin müdiri Tərlan Səfərov cavablandırıb.

O, qeyd edilən suallara cavab olaraq bildirib ki, 44 saylı marşrut xətti üzrə hərəkət edən avtobus sözügedən yoldan keçir:

“Belə ki, avtobus öz sxemi üzrə hərəkətini davam etdirib. Həmin kəsişməyə çatmamış yolda məcburi hərəkət istiqaməti nişanlarına aid olan 4.1.6 yol nişanı var. Bu nişan sola və sağa hərəkəti məcburi edir. Bu nişanın tələbi müntəzəm sərnişindaşıma xidməti göstərən avtobuslara aid edilmir. Bu, qanunun tələbidir.

Lakin düz qeyd edirsiniz ki, həmin yolda 3.1 (Giriş qadağandır) qadağanedici nişanı olmamalıdır. Biz artıq bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ilə müzakirələr aparmışıq. Həmin nişan 3.2 (Hərəkət qadağandır) nişanı ilə əvəz ediləcək”.