117-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

117-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 117-ci günü üçün Ukrayna ordusunun itkiləri barədə məlumatı yeniləyib.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 208 təyyarəsi, 132 helikopteri, 1 260 PUA-sı, 345 zenit-raket kompleksi, 3 696 tank və digər zirehli texnikası, 576 reaktiv yaylım atəş sistemi, 2 055 artilleriya və minaatanı, 3 731 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.