İsrail müntəzəm olaraq İran ərazisini vurur.
NOCOMMENT.az xəbər verir ki, səhər saatlarından etibarən Tehran, Təbriz, Urmiya və Kərəc şəhərlərində partlayış səsləri eşidilib.
Məlumata görə, Təbrizdə saat 04:40 radələrində Montazeri məhəlləsində yerləşən SEPAH-ın hərbi bazası istiqamətindən güclü partlayış səsi eşidilib.
Urmiyada isə sakinlər bir neçə partlayış səsi və bəzi ərazilərdə binaların titrəməsi barədə məlumat veriblər.
Bundan əlavə, Mahşəhrdə yerləşən “Karun” neft-kimya şirkətinin İsrailin hava hücumuna məruz qalıb, nəticədə müəssisənin bir hissəsinin zədələnib.











